Geri qaytara bilməyəcəyimiz dörd vəziyyət vardır

Son güncelleme: 26.10.2011 23:32
  • Hekaye - Hekayeler - Maraqlı hekaye

    Böyük bir hava limanının gözləmə salonunda,
    gənc bir qız yola düşmək üçün təyarəni gözləyirdi.
    Təyyarənin yola düşməsinə çox qaldığından , vaxtını keçirmək üçün bir kitab və bir paket peçenye aldı.
    İstirahət etmək və kitabını oxumaq üçün,VIP salonunda bir oturacağa əyləşdi.Peçenye paketinin dayandığı masanın yanındakı oturacağa bir adam oturdu. Jurnalını açıb oxumağa başladı.Gənc qız,ilk peçenyesini götürdü.Adam da peçenyedən bir dənə götürdü.Qız çox narahat hiss etdi özünü və:
    "Necədə ədəbsizdir
    Havamda olsaydım,
    bu cürətindən ötəri
    onu yumruqlardım!"
    deyə düşündü.Qız bir peçenye götürür,Adam da bir dənə götürürdü.Qız əsəbindən dəliyə dönmüşdü
    Amma hadisə çıxarmaq istəmirdi.Nəhayət son peçenye qalınca qadın:
    "Bu həyasız adam
    indi nə edəcək?"
    deyə düşündü.
    Adam son peçenyeni götürdü,onu ikiyə böldü vəbir parçanı qadına verdi.Aaaa! Bu qədəri də olmaz artıq!Çox hirslənmişdi !Qadın əsəb içində kitabını və digər şeylərini götürüb bir fırtına kimi giriş salonuna,oradan da təyyarəyə tərəf yönəldi.Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı.Nə görsə yaxşıdı?Peçenye paketi açılmamış, orada dayanırdı.Çox utandı.Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini heç açmadan çantasına qoyduğunu unutmuşdu.Halbuki adam,öz peçenyelərini heç əsəbiləşmədən və tərəddüd belə etmədən qadınla bölüşmüşdü.Qadın isə peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbiləşmişdi.Və indi,bu vəziyyəti geri qaytarmaq şansı yoxuydu.Üzr istəmə imkanı da qalmamışdı.


    Geri qaytara bilməyəcəyimiz
    dörd vəziyyət vardır.
    1.DAŞ...
    Atıldıqdan sonra!
    2.Söz...
    Ağızdan çıxdıqdan sonra!
    3.Fürsət...
    Qaçdıqdan sonra!
    4.Zaman...
    Keçdikdən sonra!


    Alıntı..
#26.10.2011 23:32 0 0 0