İmanın şərtləri - Balacalar üçün

Son güncelleme: 04.11.2011 08:31
  • İmanın şərtləri - dini yazılar

    Sual etsələr əgər
    İmanın şərti nələr?
    Çəkinmə, altısını da
    Tərtiblə eylə xəbər
    Bir!
    Allaha etdik iman
    O, şəriksiz, Yaradan
    Yox başqa məbud əsla
    İbadətə layiq olan

    İki!
    Mələkləri Rəbbimiz
    Yaratmış nurdan təmiz
    Təbedirlər Allaha,
    Heç bir şəksiz-şübhəsiz
    Üç!
    Kitabları Ər-Rəhman
    Nazil etdi səmadan.
    Həyat düsturu onlar,
    Yaxşı-pisi ayıran.
    Dörd!
    İnsanlığın şərəfi,
    Allahın Elçiləri
    Tövhidə səsləyirlər,
    Ol onların xələfi.
    Beş!
    İman gətir Qədərə.
    Baş verən hər kədərə,
    Şükr və səbr eyləsən,
    Bil, çevrilər xeyirə.
    Altı!
    Bu dünya daim deyil,
    Qəbr həyatı gözləyir
    Qəflətdən oyan! Hər an
    Axirətə səsləyir

    Altı şərtə insansan,
    İxlasla sən, balacan,
    Həyatın məna tapar,
    Yaşamaq olar asan.
    İman etməyəndəsə
    Qonaq olar səksəkə
    Daxilən sərgərdandır
    Çevrilər zəlil kəsə
    Narahatlıq içində
    Gah bu, gah o sahildə
    Ürək olmaz bərqərar
    Çırpınar, hey çırpınar
    Əzab ilə qovrular.
    Axı qəlb aram tapar,
    Sakitliyə qovuşar,
    Yalnız iman üstündə
    Rəbbini zikr edəndə.

    Alıntı..
#04.11.2011 08:31 0 0 0