Bayram qovurması

Son güncelleme: 09.11.2011 23:26
  • Bayram qovurması - Bayram qovurması terkibi - Bayram qovurmasının hazırlanması

    noimage

    Ərzaqlar

    1 kq quzu budu (orta yağlı)
    100 qr quyruq yağı
    Yetəri qədər duz, qarabibər, kəklikotu

    Yeməyin Hazırlanması

    Quyruq yağını incəcik doğrayaraq, tavada yağını əriyənə qədər qovurun. İçərisinə quşbaşı doğranmış budu əlavə edin. Zəif atəştə 1 saat öz suyu ilə bişirin.

    Tavanı ağzı örtülü bir şəkildə arada bir silkələyərək ətlərin yer dəyişdirməsini və yağ ilə təmasını saxlayın. Ət bişincə üzərinə duz, qarabibər və kəklikotu əlavə edin. İsti olaraq servis edin.


    Nuş olsun...
#09.11.2011 23:26 0 0 0