Prezident İlham Əliyevin Şimal-qərb bölgəsinə səfəri başa çatıb

Son güncelleme: 18.11.2011 19:04
  • noimage

    Dövlət başçısı Bakıya yeni istifadəyə verilmiş Qəbələ Beynəlxalq Aeroportundan yola düşüb


    Azərbaycan Prezidenti İlham Əliyev Qəbələyə səfəri zamanı su-limonad istehsalı zavodunun açılışında iştirak edib. Lent.az-ın "AzərTAc"a istinadən verdiyi məlumata görə, dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasiminə də qatılıb.

    Bundan sonra Prezident İlham Əliyev "Qəbələ" futbol klubunun stadion və təlim-məşq bazası kompleksində və Qəbələ Cıdır Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

    Beləliklə, Prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başa çatıb. Dövlət başçısı Bakıya yeni istifadəyə verilmiş Qəbələ Beynəlxalq Aeroportundan yola düşüb.

    Qaynaq:Lent.az
#18.11.2011 19:04 0 0 0