Şvartsnegger alnını partlatdı – FOTO

Son güncelleme: 18.11.2011 19:22
  • noimage

    Tanınmış Hollivud aktyoru, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarteneggerin alnına "Son hədd" filminin çəkilişləri zamanı güclü zərbə dəyib və o xəsarət alıb.

    Lent.az-ın məlumatına görə, bu barədə aktyor öz Twitter səhifəsində yazıb: "Bu gün kiçik zədə almışam. Sağ olsun tibbi personal! Onların sayəsində bir neçə saatdan sonra yenidən çəkilişlərə dönə bildim". Bundan başqa Arnold çəkiliş meydançasında baş vermiş insidentdən sonra lentə alınan şəkilini də səhifəsinə yerləşdirib. Şəkildə aktyorun alnındakı qanlı yara izi görünür. Lakin hadisənin necə baş verdiyi aydınlaşmayıb.

    "Son hədd" filminə Cənubi Koreyadan olan rejissor Kim Ci-Von quruluş verir.
#18.11.2011 19:22 0 0 0