İmam Zeynulabidinin ə. Əxlaqı

Son güncelleme:
  • İslami yazılar

    noimage

    Bir kişi o həzrətin müqabilində dayanaraq o həzrətə nalayiq sözlər dedi. İmam heç bir söz demədi. O kişi getdikdən sonra İmam yanındakılarına buyurdu ki, bu kişinin dediklərini eşitdiniz? İndi istəyirəm ki, mənimlə birgə gəlin gedək mənim də o kişiyə olan cavabımı eşidəsiniz.
    İmam yol getdiyi halda bu ayəni oxuyurdu "Camaatın xətalarından keçərlər və Allah yaxşı iş görənləri sevir. Ali-imran 134" İmam o kişinin evinə çatdıqda kişini tələb etdi. Kişi evdən çıxıb imamın hüzuruna gəldi.

    İmam buyurdu:
    Qardaş sən bir az öncə gəlib istədiyin sözləri bizə dedin əgər sənin dediklərin məndə varsa mən elə indi Allah taaladan bağışlanmaq diləyirəm. Əgər məndə yoxdursa onda Allahdan istəyirəm ki, səni bağışlasın.
    O kişi İmamın alnından öpüb dedi ki, dediklərim sizdə deyil və mən dediklərimə daha da layiqəm.

    Alıntı...
0 0 0