Dinde Sağlamlığın təməli

Son güncelleme: 27.11.2011 23:51
  • Sağlamlıq - Dini yazılar

    Peyğəmbərlərin sonuncusu və ən üstünü Həzrəti-Məhəmməd (sallallahu aleyhi vəssəlləm) müsəlmanlara düzgün qidalanma haqqında çox dəyərli tövsiyələr vermişdir. Bir vaxtlar Onun buyurduğu məsləhətləri bu gün tibb elmi yüksək qarşılayır və çox əhəmiyyətli olduğunu təsdiqləyir.
    Həzrəti-Məhəmməd (sallallahu aleyhi vəssəlləm) müsəlmanlarla Məkkədən Mədinəyə hicrət edib İslamı dünyaya yaymağa başlayanda Onu sevən hökmdarlardan biri Mədinəyə bir həkim göndərir ki, müsəlmanların xidmətində dursun. Bu həkim bir neçə il Mədinədə qaldıqdan sonra Peyğəmbərimizin məsləhəti ilə ölkəsinə qayıdır. Onu göndərən hökmdar həkimdən geri dönməsinin səbəbini soruşanda deyir ki, onlar elə həyat yaşayırlar ki, xəstələnmirlər, həkimə də ehtiyacları yoxdur.

    Həzrəti-Məhəmməd (sallallahu aleyhi vəssəlləm) vaxtında yatıb-vaxtında durmaq, düzgün qidalanmaq kimi məsələlərin üstündə çox ciddi durardı. Buyurardı ki, müsəlman gecə namazını qılandan sonra yatmalı, günəş doğmadan yatağından qalxmalıdır. Səhər çox yatmaq o günün bərəkətini aparar.
    Peyğəmbərimiz müsəlmanlara buyurmuşdur ki, acmamış yeməsinlər, doymamış süfrədən çəkilsinlər.



    Ayaq üstə su içməyin.

    Bir dəfə Peyğəmbərimiz Həzrəti-Məhəmməd (sallallahu aleyhi vəssəlləm) su istəyir. Ona bir qabda su gətirirlər. Peyğəmbərimiz suyu alır, aşağı oturur, sonra içir. Səbəbini soruşanlara da buyurur ki, heç vaxt ayaq üstə yeyib-içməsinlər. Bunun orqanizm üçün zərəri var.
    Son illərdə tibb elmi sübut etmişdir ki, doğrudan da ayaq üstə yeyib-içmək zərərlidir. Belə ki, insan ayaq üstə durub yedikdə və ya içdikdə mədəyə daxil olan qida orada tam həzm olunmadan bağırsağa keçə bilər. Bu da bağırsağın fəaliyyətini və həzmi xeyli çətinləşdirir. Oturaq vəziyyətdə isə insanın mədəsi bükülü şəkil alır və daxil olan qida rahat şəkildə həzmə gedir.
    Peyğəmbərimiz bizlərə nəyi buyurmuşsa, nəyi haram etmişsə, hamısı bizim sağlamlığımız, xoşbəxtliyimiz üçündür.

    Həm bu dünyada həm əbədi olacaq axirət yurdumuzda

    İnşa Allah


    Alıntı..
#27.11.2011 23:51 0 0 0