Dənizim

Son güncelleme:
  • Dənizim hekayesi

    noimage

    Nə üçünsə dəniz həmişə sevənlərin həmdəmi olub...
    Bir vaxtlar mən də dənizi çox sevərdim, eynən O`nu sevdiyim kimi.
    Amma indi dənizə nifrət edirəm, dənizə yaxın yaşamağıma,
    dənizin havasına öyrəşməyimə baxmayaraq...

    O`nun da gözləri mavi idi, dənizin rəngi kimi.
    O`na "dənizim" deyirdim və hərdən mənə elə gəlirdi ki, dəniz rəngini
    O`nun gözlərindən borc alıb. Həmişə dəniz qırağına bir yerdə gedərdik.
    Saatlarla dənizə baxardıq... Mən təzə yazdığım şeirlərimi deyərdim,
    o isə heyran-heyran mənə qulaq asardı... şeirlərim o dəmdə
    mənim özümə də qeyri-adi görünərdi. Bəlkə O`na həsr
    elədiyim üçün, ya da dənizin zümzüməsinin müşayiətində dediyim üçün?!..

    Həyatda heç nə əbədi deyilmiş...
    Dəniz dəniz gözlü "dənizim"i mənə qısqandı, O`nu məndən aldı...
    O`nu itirəndən sonra dəniz qırağına cəmi bir dəfə getdim, bir
    dəstə çobanyastığını dənizə səpməyə...
    Çobanyastığı O`nun ən çox sevdiyi gül idi...

    Dəniz üçün yazdığım şeirlərimi cırmaq, yandırmaq, külünü göyə
    sovurmaq istədim. Amma bacarmadım. Çünki, dənizdən bəhs etdiyim,
    dənizi təsvir etdiyim şeirlərin hamısını O`na həsr eləmişdim.
    Axı mən dənizlə dəniz gözlü "dənizim"i bir-birindən ayırmırdım...
    Indisə O yoxdur. Bir mən varam, bir də dəniz...

    Alıntı hekaye...
0 0 0