Populyar teleaparıcı və hitmeyker Murad Arif "facebook" sosial şəbəkəsində müğənnilərdən şikayətlənib. Lent.az-ın məlumatına görə, mahnıları indiyədək müxtəlif müğənnilər tərəfindən səsləndirilən həvəskar musiqiçi "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bəzi müğənnilər mənə zəng edir, mahnı istəyir, "bir şey fikirləş" deyirlər. Amma qonorara gələndə yox olurlar. Onlara demək istəyirəm ki, nisyə və kreditə mahnı satmıram".