Dünən dörd balaca qızdan ibarət “Butterflies” qrupu yeni “Pirates Story” mahnısına çəkilən kliplərini təqdim edib. Balacaları təbrik etmək üçün Aybəniz Haşımova, Zamiq, Ayaz Qasımov, Roza Zərgərli, Xəyalə Manaflı, Günay İbrahimli, Aynişan Quliyeva da təqdim etmək üçün tədbirdə iştirak edib.
Lent.az-ın məlumatına görə, qrupun yaradıcısı, bəstəkar Ülviyyə Vəliyeva bu günün onlar üçün əhəmiyyətli olduğunu deyib: “Böyük heyətlə çalışmışıq. Klip üzərində bir çox sənət adamlarının əziyyəti var. “Butterflies” klipi üçün uşaqlar fiziki hazırlıqlardan keçib. Qızların plastikaları üzərində iş görülüb. Bu rəqsi uşaqlar üçün “Lets dance” rəqs məktəbinin rəhbəri Emin Qurbanov hazırlayıb”.
Klip iştirakçılara təqdim olunub və uşaqlar səhnədə öz ifalarını nümayiş etdiriblər. Qrup üzvlərini təqdim etmək üçün gələn müğənnilər də balacaları mahnı ilə təbrik ediblər.
Klipin rejissoru Emil Babayevdir. Bəstəkar onu da deyib ki, Azərbaycanda ilk dəfə bu səviyyədə uşaq klipi çəkilib.