Günahkarların ölüm anından bir neçə misal

Son güncelleme: 08.12.2011 07:14
  • İslami yazılarda deylenler

    Günahkarlardan biri ölüm ayağında ikən hönkürtü ilə ağlayaraq bu ayəni təkrar edirdi:
    "Allaha münasibətdə başısoyuq olduğum üçün vay halıma!"(Zumər surəsi,56)
    Günahkarlardan biri ölərkən biri bizə belə deyirdi:"Qoy dünya məni azdırdığı kimi,sizi də azdırmasın."(Lətaif ul-Məarif)
    İmam İbnul Qayyim (rahiməhullah) danışırdı ki,bir kəsə ölüm anında ikən təlqin edirdilər ki,"Lə iləhə illəllah" desin.O,isə sayıqlayaraq ölənə kimi mahnı oxudu.
    Digər bir günahkar bəndəyə ölərkən şəhadət kəlməsini təlqin edərkən o bu cür cavab verdi:"Bu sözü demək mənə kömək etməz,axı mən Allah üçün namaz qılmırdım".
    Beləcə də o bu sözləri demədi..
    (əl-cəvab ul-Kəfi limən səalə ən əd-Dava əş-Şəfi-Şəfaverici vasitə istəyənlərə mükəmməl cavab)
    Abdul Aziz ibn əbu Rəvvad (rahiməhullah) danışırdı ki,"Ölümündən əvvəl birinə "Lə iləhə illəllah" kəliməsi təlqin edilirdi.O,isə bu kəlməni deməkdən imtina etdi və beləcə öldü.Mən camaatdan onun kimliyi barədə soruşduqda,onun içkiyə qurşanmış birisi söyləyərdilər.
    Bu zaman Abdul Aziz camaata çevrilib buyurur:"Günahlardan uzaq durun,çünki məhz onlar onu batırdı".(Cəmi əl-ulum vəl Hikəm)
#08.12.2011 07:14 0 0 0