Boranılı buğda sıyığı

Son güncelleme:
  • Boranılı buğda sıyığı - Boranılı buğda sıyığı terkibi - Boranılı buğda sıyığının hazırlanması

    noimage

    Tərkibi:

    500 q təmizlənmiş boranı
    300 q buğda
    1 l süd
    duz
    kərə yağı
    şəkər tozu, kişmiş, ərik qurusu, qara gavalı və s. - istəyə görə.

    Buğdanı isti suda yuyun. Təmizlənmiş boranını kubik doğrayın. Südü qaynadın. Qaynara düşəndə boranını əlavə edib 5 dəqiqə qaynadın. Buğda əlavə edin, duzlayın, vam odda, ağzıbağlı qazanda təxminən 10 dəqiqə bişirin.

    Sonra sıyığı saxsı küpələrə doldurun. Hər birinin üstünə azacıq kərə yağı qoyun. Küpələrin ağzını bağlayab 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

    Hazır sıyığa istəyə görə şəkər tozu, kişmiş, ərik qurusu, qara gavalı və s. əlavə edə bilərsiniz.

    Nuş olsun..
0 0 0