ədviyyat (zirə, istiot, darçın, zərdəçal (kurkuma), hil, mixək, zəncəfil, qızılgül ləçəyi, muskat cevizi, xardal toxumu)
düyü
toyuq budları
kedr qozu
bal
zeytun yağı
göyərti
qırmızı şərab
Ədviyyatın hərəsindən bir az götürüb qarışdırın. Suyu qaynadın, ədviyyat və düyü töküb bişirin. Süzün. Zeytun yağında kedr qozunu qovurun. Qozu, xırda doğranmış göyərtini, ədviyyatı düyüyə əlavə edin.
Toyuq budunun sümüklərini çıxarın.
Balla zeytun yağını qarışdırın. Toyuq budunun dəri olan hissəsini bu qarışığa batırın, sonra istiot səpin. Düyünü ətin üzərinə bərabər yayın. Rulet kimi bükün. Folqanı ruletin üzərinə çəkin.
200 dərəcədə 45 dəqiqə bişirin. Soyudun. Sonra zeytun və kərə yağında qızılı rəng alana qədər qızardın, sona yaxın azca qırmızı şərab tökün.