Almalı ət qovurması

Son güncelleme: 16.12.2011 09:05
  • Almalı ət qovurması terifi - Almalı ət qovurması terkibi - Almalı ət qovurmasının hazırlanması

    noimage

    Terkibi:
    1,5 kq yağlı mal və ya qoyun əti
    5 alma
    300 q dənəsiz qara gavalı
    3 baş soğan
    bitki yağı
    tomat pastası
    duz
    şəkər tozu
    qara istiot
    üyüdülmüş keşniş toxumu
    zərdəçal (kurkuma)

    Əti iri doğrayın. Qazana yığıb ətri çıxana qədər qızardın. Yarımhalqa doğranmış soğanı əlavə edib ocağı azaldın, 20 dəqiqə, soğan qızaranadək bişirin. Sonra ətin üstünə çıxana qədər qaynar su tökün. Qaynara düşəndə ağzına qapaq qoyub vam odda 30 dəqiqə bişirin. Sonra 2 x.q. tomat pastası, 1 çay qaşığının 3/4-ü qədər üyüdülmüş keşniş toxumu, yarım çay qaşığı zərdəçal, duz, qara istiot əlavə edin. Qarışdırıb 10 dəqiqə də bişirin. Azca limon şirəsi sıxıb şəkər tozunu əlavə edin.

    Almaları təmizləyib cecəsini çıxarın. İri doğrayıb yağda qızardın. Qara gavalını yaxşıca yuyub hər birini iki bölün.

    Siniyə əvvəlcə əti, sonra isə qızardılmış almanı və gavalıları tökün. Ətin sousunu üstündən gəzdirin. Üzərinə folqa çəkib sobada 40 dəqiqə bişirin.

    Nuş olsun!
#16.12.2011 09:05 0 0 0