Hər kəsin 90 faiz uzun ömür yaşamaq şansı var. Bunun üçün sadəcə olaraq aşağıdakı qaydalara əməl etmək kifayətdir. Amerikalı kardioloq Klyad Yansi hesab edir ki, uzun ömürlü olmaq üçün mütləq fəal həyat tərzi sürmək lazımdır. Belə ki, fiziki cəhətdən fəal olmayan insanlarda ürək xəstəliyi və insulta tutulma təhlükəsi iki dəfə daha artıq olur. Bundan başqa, bədəndə xolesterinin miqdarına nəzarət etmək mütləqdir. Yansi düzgün qidalanmağı tövsiyə edir. Qan təzyiqini tənzimləmək, artıq çəki ilə mübarizə aparmaq, diabetlə müşayiət olunan təhlükəni, eləcə də qanda şəkərin miqdarına nəzarət etmək və siqaret çəkməmək amerikalı kardioloqun tövsiyələrinə daxildir.
Lakin bütün bu tövsiyələrə baxmayaraq, alimlər insanın genetikasının dəyişməyin mümkün olmadığını da bildirirlər.