O halda vay bizim halımıza

Son güncelleme: 20.12.2011 14:58
  • Dini yazılar

    noimage

    Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gecə zövcəsi Ummu Sələmənin (radıyəllahu anhə) evində idi.Gecənin bir yarısında yuxudan ayılaraq,yatağından qalxdı və evin qaranlıq bir küncünə çəkilib ağlayaraq dua etməyə başladı.
    Yxudan ayılan Ummu Sələmə (r.a) Peyğəmbərin (s.a.v) yataqda olmadığıni görüb yerindən qalxdı və Rəsulullahı (s.a.v) axtarmağa başladı.
    Bir də baxdı ki,Rəsulullah (s.a.v) evin qaranlıq bir küncündə əlllərini göyə qaldırıb göz yaşları içində dua edir:
    -Allahım! Bəxş etdiyin nemətləri məndən əsirgəmə.Məni düşmənlərimə güldürmə.Allahım! Məndəm uzaqlaşdırdığın pislik və çirkinlikləri geri qaytarma.Allahım!Məni bir an belə öz ixtiyarıma buraxma,bəla və fəlakətlərdən qoru!
    Ummu Sələmə (r.a) Peyğəmbərin (s.a.v) bu vəziyyətini görüb ağlamağa başladı və dönüb otağına keçdi.Rəsulullah (s.a.v) Ummu Sələmin ağladığını eşidib onun yanına gəldi və ağlamağının səbəbini soruşdu.Ummu Sələmə (r.a) cavab verdi:
    -Ya Rəsulullah!Sənin göz yaşların məni ağlamağa vadar etdi.Sən Allah qatında yüksək mövqeyə sahibsən.Sən Allahın dostusan.Allahın ən çox sevdiyi bəndəsisən.Buna baxmayaraq Sən bu qədər ağayıb,Allahdan bu qədər qorxursan və Ondan Səni bir an belə öz ixtiyarına buraxmamasına dua edirsən.O halda vay bizim halımıza....
    Rəsulullah (s.a.v) buyurdu:
    -Axı Allahdan necə qorxmayım,necə ağlamayım və özümə necə güvənim ki,bir zamanlar Allah Təala Yunus (aleyhissəllam) bir an özixtiyarına buraxdı və onun başına bir şey gəlməməsi lazım olan şey gəldi.

    Alıntı..yzazılar
#20.12.2011 14:58 0 0 0