Bayram günü Allahu Əkbər demək

Son güncelleme: 20.12.2011 15:11
  • Dinde yazılanlar


    noimage

    Abdullah bin Ömər (Allah onların ikisindəndə razı olsun) rəvayər edir ki:
    Peyğəmbər (sav) Qurban və Ramazan bayramına gedərkən uca səslə Lə İləhə İlləllah,Allahu Əkbər deyərdi.
    (İrvəul-Ğalil Kitabl,3/123)

    Nəfi rəvayət edir ki:Abdulla bin Ömər Ramazan və Qurban bayramı günü
    namaz qılınacaq yerə çatana və sonra imam gələnə kimi uca səslə Allahu Əkbər deyərdi....
    (əd-Daraqutni səhih sənədlə rəvayət etmişdir.)

    Nəfi rəvayət edir ki:Abdullah bin Ömər bayram günü fərz namazlarından
    sonra,yatağına uzanarkən,paltarını geyinərkən və yolda gedərkən Allah Əkbər deyərdi.
    (İbn Munzir əl-Əsvat əsərində yaxşı sənədlə rəvayət etmişdir)

    Şaqiq bin Sələmə(Allah rəhmət etsin) rəvayət edir ki:
    Əli (Allah ondan razı olsun) arafa günü səhər namazından Allahu Əkbər
    deməyə başlayar və bayramın sonuncu günü əsr namazına kimi davam edərdi.
    (İbn Munzir rəvayət etmişdir)
#20.12.2011 15:11 0 0 0