Zeytun yağlı təzə lobya

Son güncelleme: 24.12.2011 11:07
  • Zeytun yağlı təzə lobya terifi ve terkibi - Zeytun yağlı təzə lobyanın hazırlanma qaydası

    noimage

    İnqradientlər

    500 qram təzə lobya
    2 baş quru soğan
    2 pomidor
    4-5 diş sarımsaq
    1 qırmızı bibər
    1 yaşıl bibər
    1/2 stəkan zeytun yağı
    1 çay qaşığı şəkər tozu
    0,5 xörək qaşığı tomat
    Duz

    Təzə lobyaları yuyun, təmizləyin, doğrayın. Tavaya yağ atın, baş soğanı doğrayıb yaxşıca qızardın, sonra lobya, doğranmış pomidor, sarımsaq, bibərləri üstünə tökün.
    Bunların üstünü örtəcək səviyyədə su əlavə edin, tavanın qapağını bağlayın və ya tavanın üstünə boşqab çevirib vam odda bişirin. Lobya suyu çəkilənə qədər bişməlidir. Bişəndən sonra isə soyuyana qədər qabağı açmayın. Əgər lobya sula qalarsa, qapağı götürün və bir az da bişirin.
    Süfrəyə verərkən üzərinə zeytun yağı əlavə edin.

    Nuş olsun!
#24.12.2011 11:07 0 0 0