Vanna müalicələri

Son güncelleme: 25.12.2011 02:16
  • Vanna müalicələri

    Rus təbabetçiləri beyrə{in və sidik kisəsinin qı« olməsı zamanı qatırquyruqu vannası qəbul etmə|i xe |irln Ğesab edirlər. Vanna belə Ğazırlanır. 700 qr qatırquyrurunu xırdalayırq uzərinə soyuq su tekurlər və vam odda |arım saat qaynadırlar. Tənznfdəp suzu^ su -ilo doldurulmuş vannayz tekub qarışdırırlar, Vannada 20 dəqiqə uzanmaq lazımdır. Be.tə vannanı ku-şırı qz-bul etmək məsləN kerulur. Mualiçə kursu uçun 10—12 vanna qəbul etmək kyfayətdir.


    ***
    Rus təbabətçiləri böyrəyin və sidik kisəsinin qıc olması zamanı qatırquyruğu vannası qəbul etməyi xe yirli hesab edirlər. Vanna belə hazırlanır. 700 qr qatırquyruğunu xırdalayır üzərinə soyuq su tökürlər və vam odda yarım saat qaynadırlar. Tənzifdən süzüb su ilə doldurulmuş vannaya töküb qarışdırırlar, Vannada 20 dəqiqə uzanmaq lazımdır. Belə vannanı günaşırı qəbul etmək məsləhət görülür. Müalicə kursu üçün 10—12 vanna qəbul etmək kifayətdir.

    Palıdın kökünü qurudub xırdalayırlar, ondan 1 kq,
    götürüb soyuq suya töküb bir neçə saat islağa qoyurlar, sonra vam odun üzərinə qoyur, yarım saat qaynadıb, süzürlər və bir qədər soyuyandan sonra su ilə dolu vannaya töküb qarışdırırlar. Bu vannada 20 dəqiqə uzanırlar. Vannanı günaşırı qəbul etmək məsləhətdir. Palıd kökünün vannası susuzluğu dəf edir, kəsik yaralarını sağaldır, don vurma nəticəsində dəridə əmələ gələn zədələri və venanın genişlənməsini, allergiyanı müalicə edir.. Palıd qabığından hazırlanan vanna isə başqa keyfiyyətə malikdir. Bədən zəifliyində, dişlərin dibi və damaq xəstələnəndə, dəri yanığı baş verəndə, irinli yaralarda, babasil narahatlığında, qurudulmuş palıd qabığı vannası həqiqətən karagəlir. Bu məqsədlə xırda-xırda doğranmış palıd yarpaqlarından da istifadə etmək olar.

    ***
    Gəcəvərin kökündən və yerüstü yaşıl hissəsindən 250 qr. götürüb xırdalayın, onu soyuq suya tökərək 10 dəqiqə gözləyin. Sonra vam odda }arğş saat qaynadıb vannadakı suya töküb, qarışdırın. Adi qayda üzrə 20 dəqiqə vanna qəbul edin. Müalicəni gunaşırı 10-a çatanadək davam etdirin. Bu üsulla uşaqlardakı xanəzir (sirıca) raxit, böyüklərdəki nevroz xəstəliklərini sağaldırlar.

    ***

    Çobanyastığının çiçəklərindən yarım kiloqram götürüb soyuq suda 10 dəqiqə saxladıqdan sonra elə həmin suda ağzı möhkəm bağlanan emallı qabda vam odun üzərində 10 dəqiqə qaynadırlar. Sonra onu tənzifə töküb sıxırlar . Alınan həlimi vannadakı suya əlavə edib qarışdırırlar və 15—20 dəqiqə vannada uzanırlar.Daxili soyuqdəymələr, dəri xəstəlikləri, çapıqlar və yaralar nevroz, iflic xəstəlikləri belə vannanın təsirindən sağalır və yaxud sakitləşir

    Müəllif: Ragin xanım Esperanza
    Rubrika: Sağlamlıq
#25.12.2011 02:16 0 0 0