Şumeroloq - Şaxta baba türkdür

Son güncelleme:
  • noimage

    “Xristianlar onu həbsdə saxlayıblar”

    Türkiyə Dini İşlər Nazirliyi Ədirnənin Keşan rayonunun müftisi Süleyman Yeniçerin Şaxta baba ilə bağlı fikirləri ilə əlaqədar müzakirələr başlayıb. Lent.az-ın verdiyi məlumata görə, Türkiyənin “haberturk.com” saytı bununla bağlı müxtəlif şəxslərin fikirlərini öyrənib.


    “Vakit” qəzetinin yazarı Abdurrahman Dilipak Şaxta babanın tarixi şəxsiyyətlə bağlı olduğunu söyləyib. Yazar bildirib ki, həmin şəxs Antalyanın Demre qəsəbəsində yaşayıb, kayserili olduğu ehtimal edilir. O, İsa peyğəmbərə inananların getdikləri bir din məktəbində oxuyub, “İncil” hafizi olub, sonra da Antalyaya gələrək burada kilsəsini qurub. Cəmiyyətdə də xeyirxah ruhani kimi tanınıb. Bizans imperiyasının mövqeyini qəbul etmədiyi üçün Yedikule zindanlarında həbsə atılıb. İslamdan öncə yaşadığı üçün müsəlman kimi qəbul edilib, çünki o dönəmdə islam olmayıb, İsa peyğəmbər olub. Abdurrahman Dilipak bu şəxsin katolik, ortodoks və protestantlar tərəfindən müqəddəs elan olunduğunu, mədəni irsinə sahib çıxılmasına cəhd göstərildiyini qeyd edib: “Xeyirxahlığına görə Şaxta baba kimi tanınıb. Kilsələrdə onu xristianlaşdırma cəhdi var. Lakin Bizans imperiyasının onu həbsxanaya atdırdığını unutmamaq lazımdır. Katoliklərlə heç bir əlaqəsi yoxdur, katoliklikdən əvvəl yaşayıb. Kilsə əsrlər sonra ona Şaxta baba missiyası yükləyib. Bu, piar çalışmasıdır. Corablarla bacadan hədiyyə atılması, küknar ağacı fiqurları ilə Şaxta babaya yiyələnməyə çalışıblar. Üçüncü mərhələ isə
    1924-cü ildə Kaliforniya Universitetinin “Coca-Cola”-nın piarı üçün yaratdığı Şaxta baba imicidir. Mən onu bir İslam mirası olaraq qəbul edirəm. 10-15 il əvvəl bunu konfransda söyləyəndə məzarının başına gedib, yasin oxuyanlar oldu. Müfti Süleyman Yeniçerin Şaxta babanı baca və pəncərədən girməkdə günahlandırması da düzgün deyil. Mifologiyaya əsasən, yardım etdiyi insanları rəncidə etməmək üçün hədiyyələrini baca və pəncərədən atıb”.



    Araşdırmaçı jurnalist İsmayıl Nacar IV əsrdə Anadoluda yaşadığı söylənən Şaxta babanın prototipi sayılan Əziz Nikolas adlı xristian hafizinin həqiqətən yaşadığına dair dəlil və sübutun olmadığını bildirib. Onun sözlərinə görə, Əziz Nikolasın həqiqətən yaşayıb-yaşamadığının tək islam dünyası üçün deyil, Qərb tarixçiləri üçün də bir müəmmadır: “Məncə, Keşan rayonunun müftisi Süleyman Yeniçer də buna əsaslanaraq, belə söz söyləyib. Amma bu, müftiyə yaraşan bir açıqlama deyil. Hər nə olsa da, Şaxta baba xristian inancında müqəddəsdir. Yeni il ərəfəsində evlər işıqlarla bəzənir, uşaqlar və yoxsullar sevindirilir. İslam dininə gəlincə, islamda başda peyğəmbərlər olmaqla, tarixi baxımdan bizə yol açan, istiqamət göstərən, mədəniyyətə fayda gətirən bütün təmiz və dürüst insanların anılmasına qadağa yoxdur”.


    Yazar, şumeroloq Muazzez İlmiye Çığ isə hesab edir ki, Şaxta baba türkdür və bu bayram da türk ənənələrindən gəlir. Çığ qeyd edib ki, bu barədə həm kitablarda yazılıb, həm də Azərbaycan və İrandan bununla bağlı ona məlumatlar verilib: “Türklərdə küknar ağacı çox müqəddəs olub. Türklərin inancında yerin dibinə qədər uzanan ağac olub. Türklərdə göydə göy tanrısı Ülgən, yerin altında Ülgənin qardaşı Erlik var. Ülgən insanları, Günəşi, Ayı idarə edər. Günlər uzanmağa başlayanda Günəşin gecəyə qalib gəldiyini sayırlar. Buna görə də türklər bayram keçirib. O gecə ili yaxşı keçirdikləri üçün küknar ağacının altında Tanrıya hədiyyələr qoyublar. Eyni zamanda gələcək illə bağlı arzu və diləklərini söyləyiblər. Türklər Erlikin Şaxta baba paltarı geyinib, insanlar hədiyyə payladığına inanıblar. İnsanlar gecə boyu bu xəyala inanıb, bir-birinə hədiyyələr verib, ziyafətlər olub. Şaxta babanın paltarı da türk paltarıdır. Erlik daha sonra Santa Klaus, sonra da Şaxta baba olub. Xristianlar 325-ci ildə İznikdəki kilsədə bəyan ediblər ki, insanlar Günəş dünyanı daha çox işıqlandırdığı üçün bayram keçirirlər, İsa peyğəmbər də dünyanı işıqlandırır, bunu xristianlıqda birləşdirək. Halbuki bu ənənə bizimlə bağlı olub. Azərbaycanda və İranda da hazırda bu türk ənənəsi bayram edilir”.


    Qeyd edək ki, Ədirnənin Keşan rayonunun müftisi Süleyman Yeniçer deyib ki, Şaxta babanın yaşadığı, yaşamadığı bəlli deyil: “Bir yerdə yaşadığını söyləyirlər. Ancaq bu, xristian aləminin ortaya çıxardığı şəxsiyyətdir. Şaxta baba baca və pəncərədən girir. Doğru-dürüst birisi olsaydı, qapıdan girərdi. Bizdə evə qapıdan daxil olurlar. Quranda da yazılır ki, evə qapıdan girin. Niyə Şaxta baba bacadan girir ki?”

    Qaynaq:Lent.az
0 0 0