Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 21 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Tonqal Hediyyesi
Tonqal Hediyyesi
291
Son güncelleme: 04.01.2012 23:24
Sarsın
Tonqal Hediyyesi - Sahib Əsədov
Bu elə zamandır ki, qədrini bilən ucalar!
Qədrini bilməyən də peşmançılıqdan qocalar!
Zamanı sərf elədin fani olan işlərə sən,
O da oda çevrilər əgər qədrini bilməsən!
…
“Bu gün bayramdır” dedin, tullandın odun üstündən,
Allaha səcdə elə, qov o atəşi üstündən.
“Bu gün bayramdır” dedin, qızışdın odun yanında
Ağırlıq – uğurluğu tullanıb sildin canında,
…
Haqq Günü bir atəş var, uğursuzların yeridir.
Əsil uğursuz adam şükürsüz başın biridir!
Bəzi tullanışların aqibətin düşünmədin,
Sənə od qalayan insanlara niyə dinmədin?
…
Her şey Haqq əmrindədir, yalniz Ondan istə xeyir,
Qeyrilərdən istəsən, qeyrisi “odda yan”- deyir!
Ya “tonqal hədiyyəsi”, ya “rahatlıq” düşün və seç,
Rəzalətli qəlbi at, səlim, rahat bir yola keç,
…
Səni günah işlərə çəkən də tonqal qalayır,
Günah yerindəki ləzzətmi, tonqalmı sən ayır!
Günahlar da atəş tək bəsirətləri yandırar,
Qorxan kəs qorxmayana həqiqətləri qandırar.
…
Sən kimi od-alovu sevən görmədim hələ mən,
Sevdiyin günahların od qalayır günlərindən!
Günlərin aylar olur, ayların ilə çevrilir,
Günahdan qaçmasan oddan qaçan tək, sevdirilir!
…
Sonda da qarşılayır böyük tonqal hədiyyəsi,
Odunu söndürənə od vurduğuyçun nəfəsi,
O tonqal bu tonqaldan şiddətlidir yetmiş dəfə,
Yetmişin bir hissəsi çaşdırmasın, bax Sələfə!
Sahib Əsədov
#04.01.2012 23:24
0
0
0
Tonqal Hediyyesi Konusuna Benzer Konular
Dogum gunu hediyyesi icin resim-Ciyeleyim istek
12.03.2010
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası