Dünyaca məşhur türk DJ-i Bakıda

Son güncelleme:
  • noimage

    Türkiyənin məşhur DJ-i, bir çox müsabiqələrin qalibi, 2011-ci il dünya DJ yarışmasının 3-sü olan Burak Yeter Bakıda şou proqramla çıxış edəcək. “Ssenari production” və “All stars international”ın təşkil etdiyi “Unfrozen” adlı şou proqram yanvarın 28-də “Metkarting” klubda keçiriləcək.

    “Ssenari production”dan Lent.az-a verilən məlumata görə, şou zamanı DJ Burak Yeterin dünyada və o cümlədən Azərbaycanda populyar olan hit remixləri səsləndiriləcək. Həmçinin “Unfrozen” iştirakçıları Burak Yeterin məşhur türk müğənniləri Ajda Pekkan, Barış Manço və digərləri ilə olan remixlərini dinləyə bilərlər. Bundan başqa Burak Yeter Azərbaycan mahnılarından hazırlanmış sürpriz remixini eksklüziv olaraq şou proqramda təqdim edəcək.

    Xatırladaq ki, Burak Yeter 100 House trek, 400 Afro Soul&RnB, Drum n Base and Hiphop treklərin müəllifidir.

    Şou proqramın biletlərini “Fəvvarələr meydanı”nda yerləşən “Pizza İnn” restoranından əldə etmək olar. Biletlərin qiyməti 20 AZN, VIP - 40 AZN-dir.
0 0 0
```[cite: 10]