Saçlarınzın dibi quruyur və qaşınırsa, başınızı alma sirkəsiylə yuyun. Alma sirkəsi qaşıntınızın kəsilməsinə kömək olacaq, quruluğu da aradan qaldıracaq.
Saçınız davamlı qarışır və çətin daranır? Hər hansı bir saç kremindən çox az bir miqdarı (bir neçə damla) spreyli bir şüşəyə qoyun. Su əlavə edin və yaxşıca çalxalayaraq istifadə edin.
Kəpəkdən qorunmaq üçün baldan istifadə edin! Dörddə bir stəkan isti suda 1 qaşıq balı əridin. Barmaqlarınızla saç diblərinizə masaj edərək bu qarışığı yaxşıca yedirin. Daha sonra saçınızı yuyub durulayın. Fərqi hiss edəcəksiniz.
İsti yağ ilə maska
Gənəgərçəkyağı ilə maska
Yarım çay fincanı gənəgərçək yağını isitdikdən sonra baş dərinizi ovaraq saçınızın yağı əmməsini təmin edin. Yavaş-yavaş darayacağınız saçlarınızı qaynar suya batırıb sıxdığınız dəsmalla sarıyın. Bu əməliyyatı etdikdən sonra yarım saat qədər gözləyib şampunla yuyun. Bu müalicə, çox incə, tez qırılan, quru saçlara yaxşı təsir edir.
Zeytun yağı və bal ilə maska
Yarım stəkan zeytun yağını bir stəkan balla qarışdırın. Bu mayeni yaxşıca çalxalayın və bir neçə gün qoyun qalsın. Daha sonra bu qarışığı saç dərinizə ovaraq və darayaraq yedirdin. Ancaq bu əməliyyatı edərkən darağın dişlərinin baş dərinizə batmamasına diqqət yetirin. Başınıza bir neylon torba keçirərək, başın istiliyini qoruyun. Qarışığı başınızda yarım saat gözlətdikdən sonra, saçlarınızı bol suyla yaxalayın. Bu əməliyyat, tünd rəng saçların parıldamasına kömək edir.
Zülal ilə maska
Yumurta ilə olan zülal müalicəsi demək olar ki, hər cür saç üçün uyğundur. İki yumurtanı çırpın və içinə yavaş-yavaş bir xörək qaşığı zeytun yağı, bir xörək qaşığı qliserin, bir xörək qaşığı sirkə (mümkünsə alma sirkəsi) əlavə edin. Saçınızı bir dəfə şampuanladıqdan sonra saçlarınıza bu qarışığı sürtüb 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca duruladıqtan sonra saçlarınızın çox qısa müddətdə canlandığını hiss edəcəksiniz.
Parlaq saçlar üçün
1 yumurtanın sarısı ilə 2 xörək qaşığı zeytunyağını qarışdırın. Saç diblərinə sürtüb masaj edin və 10 dəqiqə gözləyin. Şampunla yuyub durulayın. Saçlarınızın parlaq və sağlam bir görünüş qazandığını görəcəksiniz.
Qidalandırıcı maska
1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damla limon suyunu bir qabda qarışdırın. Saç diblərinizə sürtüb masaj edərək yaxşıca yedirin. 10-15 dəqiqə gözləyib şampunla yuyun.
Kəpəkli saçlar üçün
2 xörək qaşığı limon suyu və ya sirkəni 4 su stəkanı suya əlavə edib ilıq edin. Saçlarınızı yuduqdan sonra bu qarışıqla durulayın.