Övlad səbəbi ilə dünyaya aludə olmaq

Son güncelleme: 09.01.2012 10:54
  • Dini yazılarda

    “Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır” .

    (Quran, Ənfal, 28)

    Allah Rəsulu (səllallahu aleyhi və səlləm) demişdir:”Övladlar kədərin, qorxaqlığın, cahilliyin və xəsisliyin səbəbidirlər.”

    Təbərani. Şeyx Albani səhihləmişdir.



    Peyğəmbər (səllallahu aleyhi və səlləm) xəsislik dedikdə, insan Allah rizası üçün xərcləmək istədiyi zaman şeytanın ona övladları ilə vəsvəsə verməsi nəticəsində “uşaqlarım mən öldükdə bu pula daha layiqdirlər” deyərək, xəsislik etməsini;

    Qorxaqlıq deyərkən, Allah yolunda cəhd etmək istədiyi zaman şeytanın “öləcəksən, uşaqların yetim-yesir qalacaq” vəsvəsəsi ilə onu bu işdən çəkindirməsini;

    Cahillik deyərkən, övlad səbəbi ilə elm tələb etməyi, elm məclislərini, elmdən yayınmasını;

    Kədər deyərkən, uşağının xəstəliyinə, istədiyi bir şeyin təmin edilməməsinə, həmçinin böyüyərkən, valideynlərinə asi olmasına görə qəmgin olmasını nəzərdə tuturdu.

    Hədis evlilik və körpələrin doğulmasının pis olmasına yox, insanın onlar səbəbi ilə dünyaya aludə olub, haram işlər görməsindən çəkinməyə çağırır.

    “İmanın zəifliyi” kitabından. Şeyx əl-Münəccid

    Tərcümə etdi: Ummu Abdul-Aziz
#09.01.2012 10:54 0 0 0