Yəməndə sünni şiə toqquşması

Son güncelleme: 16.01.2012 14:24
  • noimage

    Yəməndə sünni-şiə toqquşmaları davam edir.

    Lent.az-ın trtazerbaycan.com saytına istinadən verdiyi məlumata görə, son 3 gündə ölkənin Səudiyyə Ərəbistanı sərhədindəki bölgələrdə şiə-huti tayfaları ilə sələfi-sünni qruplar arasındakı toqquşmalarda 25 nəfər ölüb.

    Yəmən Müdafiə Nazirliyindən verilən açıqlamada paytaxt Sənanın şimalındakı Haccə və Saada bölgələrindəki hadisələrin məzhəb toqquşmasına çevrildiyi bildirilib. Sələfi mədrəsələrində təhsil alan sünnilərin şiəliyin bir qolu olan Zeydi təriqətinə mənsub silahlı ailələrin sataşmalarına məruz qaldığını iddia edən sələfilər dövləti müşahidəçi mövqedə dayanmaqda ittiham edir.

    Hutilər isə sələfi mədrəsələrində şiəlik əleyhdarı fikirlərin yayıldığını və bölgədə mütləq bir vəhhabi hakimiyyəti qurulmasına çalışıldığını bildirir. Ordunun 2004-cü ildən bəri toqquşduğu hutilər keçən il başlayan üsyanlarla birlikdə bölgəni tamamilə nəzarət altına alıblar.

    Qaynaq:lent.az
#16.01.2012 14:24 0 0 0