Yanvarın 18-də Abşeron rayonunda qətl hadisəsi törədilib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Goradil qəsəbəsi, Yeni yaşayış massivində inşa edilməkdə olan evin həyətindəki yardımçı tikilidə 1988-ci il təvəllüdlü İmanov Bayram Şəfaqət oğlunun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.
Qətlin baş vermə vaxtı, motivi və digər tərəfləri bəlli deyil.
Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb.