Gənclərdə bekarçılıqdan yaranan təhlükəli xəstəlik

Son güncelleme:
  • təhlükəli xəstəlik - bekarçılıqdan yaranan təhlükəli xəstəlik - Fobiya nedir?

    Fobiya - beynimizdə olan və bizi anormal vəziyyətə salan təzyiqdir. Fobiyaya misal, keçmişdə olan hadisə ilə bağlı narahatlıq hissi, bir insanın keçirdiyi qorxu və s. kimi hallardır. Fobiya yunan mifologiyasında Dəhşət Allahıdır. Bu səbəbdən də, nədənsə qorxmaq fobiya adlanır.

    Psixoloq Dəyanət Rzayevin dediyinə görə, hal-hazırda Azərbaycanda gənclərimizin bir çoxu fobiyadan əziyyət çəkir: "Bu gün gənclərimizin bəzilərində fobiya var. Çoxu bunu ciddiyə almasalar da fobiya bir növ xəstəlikdir. Çünki fobiya insanı həm mənəvi, həm də maddi baxımdan yıxır. Fobiyanın bir çox növləri olsa da, bütün fobiyalar eynidir.

    Fobiyanın əmələgəlmə səbəbləri çoxdur. Misal üçün, fobiya nə vaxtsa baş vermiş qorxunc bir hadisənin nəticəsi ola bilər. Baxmayaraq ki, fobiya gənclər arasında yayılıb, bir çoxu özlərində bunu heç hiss etmirlər də. Ümumiyyətlə, ölkəmizdə insanların fobiyaları bir xəstəlik və ya psixologiya pozğunluğu olaraq görüldüyünə görə müalicəsiylə də məşğul olmaq istənilmir. Lakin başa düşmürlər ki, fobiya daha da arta və pis bir hal ala bilər. Bu səbəbdən də, yaxşı olardı ki, fobiyalı olan şəxslər psixoloqa vaxtında müraciət etsinlər.

    Belə baxanda hər bir insanın ölümdən qorxusu var. Lakin bunu heç kim şişirtmir axı. Əgər mən ölməkdən qorxuramsa, evdən qırağa çıxmamalıyam ki, birdən ölərəm? Bu cür olmaz axı. Hər bir insan öz qorxularıyla mübarizə aparmalıdır.

    Bu gün fobik insanlar nevropatoloqlara müraciət edirlər, lakin bu düz deyil. Çünki fobiyanı nevropatoloq müalicə edə bilməz. Düzdür, o, müəyyən dərmanlar verəcəkdir ki, siz də bir müddət özünüzü sakit hiss edəcəksiniz. Lakin fobiyadan antidepressant dərmanlar istifadə etməklə canınızı qurtarmaq mümkün deyil. Bu səbəbdən də, fobik insanlar psixoloqlara müraciət etməlidirlər".

    Psixoloq Sevinc Allahyarova isə adətən məşğuliyyəti olmayan insanların fobiyadan əziyyət çəkdiklərini qeyd etdi. Onun fikrincə, insanın vaxtı olmayanda fobiyanın da yaranmağa imkanı olmur.

    "Əslində, fobiyanı biz insanlar özümüz yaradırıq. Demək olar ki, beynimizə nəyisə yeridirik ki, biz bundan qorxuruq. Belə baxanda isə bundan heç qorxumuz da yoxdur. Fobiyanın müxtəlif növləri var. İndi demək ki, hansısa növü təhlükəlidir, düzgün olmaz. Çünki fobiya özü-özlüyündə təhlükəli bir xəstəlikdir.

    Bu gün bəzi yeniyetmələrimiz fobiyadan əziyyət çəksələr də, müəyyən statistik məlumat yoxdur. Çünki istər gənci, istərsə də valideyni fobiyanı dəhşətli bir xəstəlik kimi görüb psixoloqa müraciət etmirlər.

    Fobiyanın ən vacib yaranma səbəbi isə bekarçılıqdır. İnsan bekar olanda nə edəcəyini bilmədiyindən, ağlına min cür fikirlər gəlir. Bu səbəbdən də ağlına nədənsə qorxmaq kimi fikirlər yerləşir. Və bu get-gedə fobiyaya çevrilir.

    Bəzən fobiya çox təhlükəli olur. Fobiya özünə qapanmağa, divanəliyə, bəzən də müflis olmağa, hətta intihara gətirib çıxarır. Bu səbəbdən də psixoloqa vaxtında müraciət olunmalıdır. Yaxşı olardı ki, valideyinlər də uşaqlarında bunu ciddiyə alsınlar", - Sevinc Allahyarova dedi.

    Psixoloq Sevinc Allahyarova fobiyanın növlərini də açıqladı: "Bu gün fobiyanın bir çox növləri vardır ki, bu da aşağıdakılardır:

    Agirofobiya - küçədən qorxmaq
    Agorafobiya - açıq yerdən və ya kütlədən qorxmaq
    Ailurofobiya - pişikdən qorxmaq
    Akluofobiya - qaranlıqdan qorxmaq
    Akrofobiya - hündür yerdən qorxmaq
    Algofobiya - ağrıdan qorxmaq
    Amaksofobiya - maşından (və ya nəqliyyatdan) qorxmaq
    Amatofobiya - toz qorxusu
    Amnezifobiya - hafizəsini itirməkdən qorxmaq
    Amofobiya - iti cisimlərdən qorxmaq
    Anemofobiya - fırtına qorxusu
    Antlofobiya - sel qorxusu
    Antropofobiya - insanlardan qorxmaq
    Apifobiya - arılardan qorxmaq
    Araxnofobiya - hörümçəkdən qorxmaq
    Astenofobiya - gücsüz olmaqdan qorxmaq
    Astrofobiya - şimşək qorxusu
    Atelofobiya - mükəmməl olmamaq və ya ola bilməmək qorxusu
    Aerofobiya - uçuş qorxusu və s."

    Alıntı..
0 0 0