Bakıda bomba həyəcanı

Son güncelleme: 26.01.2012 06:56
  • noimage

    Yanvarın 26-na keçən gecə Bakıda bomba həyəcanı yaşanıb. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelə partlayıcı qurğu qoyulması barədə “102” xidmətinə anonim zəng edilib.

    Dərhal aidiyyatı qurumlar ərazini nəzarətə götürüb. Yol kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Axtarış işlərinə öyrədilmiş itlər də cəlb olunub. Lakin deyilən yerdə hər hansı şübhəli əşya aşkarlanmayıb. Hazırda yalan məlumat verən şəxs axtarılır.

    Qeyd edək ki, H.Əliyev prospekti paytaxtın strateji yollarından biridir və qorunur.

    Nizam RZA
#26.01.2012 06:56 0 0 0