"Və sənə göstərdiyimiz o yuxunu və Qür’anda lə’nətlənmiş o ağacı insanlar üçün
yalnız bir sınaq etdik. Biz onları qorxuzuruq, amma bu onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır"
Təfsirçilər yekdilliklə bu ayənin təfsirində yazıblar: Peyğəmbəri Əkrəm (s) yuxuda,
meymunların onun minbərinə çıxdıqlarını gördü və bu yuxudan çox pərişan oldu.
Cəbrail nazil oldu və yuxunu belə təbir etdi: Bəni-Üməyyə, Bəni Haşimə qələbə edər
və Peyğəmbərin (s) minbərinə çıxarlar. Onlar lə’nətlənmiş şəcərədirlər.
Rəvayət olunub ki, bundan sonra daha heç kəs Peyğəmbərin (s) gülməsini görmədi.
ÜMƏYYƏ KIMDIR?
Üməyyə, bədnam, arvadbaz bir kişi idi və zinada məşhur idi.
O həmin kəsdir ki, on il vətəndən uzaqlaşdırıldı, Məkkədən Şama getdi,
orada on il qaldı, ərli bir yəhudi qadınla zina etdi. O qadın ərinin evində
(o da yəhudi idi) bir oğlan dünyaya gətirdi. Üməyyə onu öz övladı elan etdi