Bir alim var idi. Bir gün tələbəsi yanına şikayətə gəldi və: "Hər dəfə dərsə gəlib getməkdən bezmişəm. Çünki beynimdə bir şey qalmır" - dedi. Alim kirli bir səbət götürüb tələbəsinə verdi və bir az irəlidəki su quyusunu göstərib: "Get o quyudan bu səbəti doldur gətir!" - dedi. Tələbə alimin dediyi kimi etdi. Səbəti su ilə doldurdu. Ancaq geri qayıdana qədər səbətdə su qalmadı. Alim tələbəsini üç dəfə suya göndərdi. Tələbə isə hər dəfə səbəti su ilə doldurur, ancaq hər dəfə boş səbətlə geri qayıdırdı. Boş yerə suya gedib-gəldiyini düşünən tələbə, nəhayət, alimin deyəcəyi son sözü gözləməyə başladı. Alimin son sözü isə bu idi: "Əsas məsələ quyuya boş və ya dolu gedib-gəlməkdə deyil, əsas məsələ quyuya gedib-gəlməkdədir. Bax, suya salıb çıxardıqca səbətin də təmizləndi"...