Təbii şirələr insan orqanizminə güclü müalicəvi təsir göstərir. Çünki, şirələrin tərkibi vitaminlər, mineral maddələr, mikroelementlər, fermentlər və orqanizm üçün faydalı olan digər maddələrlə zəngindir. Bir çox həkimlər müxtəlif xəstəliklərin müalicəsi zamanı xəstələrə şirə terapiyasından istfadə etməyi məsləhət görürlər. Amma təbii şirələrdən düzgün istifadə etmək lazımdır. Yalnız belə olan halda bütün lazımlı elementlər orqanizm tərəfindən mənimsənilir.
Təbii şirələrin vitamin mənbəyi kimi istifadəsi müntəzəm və uzun müddətli olmalıdır.
Şirə üçün yetişmiş, təzə, kimyəvi gübrələrdən istifadə olunmadan yetişdirilmiş meyvələr seçmək lazımdir.
Şirələrin hazırlandıqdan 10-20 dəqiqə sonra artıq müalicəvi gücü azalır,(soyuducuda saxlasanız belə)ona görə də hazırlayan kimi dərhal qəbul etmək lazımdır.
Bir qayda olaraq şirələr ya yeməkdən 1 saat qabaq,ya da yeməkdən 2 saat sonra içilməlidir.
Hazırlanmış şirələrə şəkər əlavə etməyin.
Əgər şirə çox şirin meyvədən hazırlanıbsa,onu yarıbayarı su ilə qarışdırmaq olar.Bu əsasən şəkərli diabet,hipertoniya,artritdən əziyyət çəkən xəstələr üçün əhəmiyyətlidir.
Bunu da nəzərə almaq lazımdır ki, öz əllərinizlə hazırladığınız şirələr, mağazalarda satılan konservləşdirilmiş şirələrdən qat-qat faydalıdır.