Balın faydası

Son güncelleme:
  • Balın faydası - Bal haqqında

    Təbii bal şəfa mənbəyidir. Təbii bal arıların çiçəklərdən, meyvə tumurcuqlarından çəkdikləri şirə ilə emal edilən çox faydalı məhsuldur. Balın rəngi, şəkərin miqdarı və dadındakı fərqlilik toplanan nektardan asılıdır. Bal istehsalı olduqca çətin prosesdir. Belə ki, 450 qram təmiz bal əldə etmək üçün 17 min bal arısının 10 milyon çiçəkdən şirə çəkməsi lazımdır.

    Bəs balın faydaları hansılardır?
    Bal çox yaxşı enerji qaynağıdır. Qida dəyəri yüksək olan bal qan azlığından əziyyət çəkənlər üçün əla vasitədir. Bədəni və gözləri qüvvətləndirir, boğaz ağrıları və iltihablarda faydalıdır, mədə və bağırsaqlardakı yaralara xeyirlidir, əsəbləri sakitləşdirir. Bal ürək döyüntüsü və yüksək təzyiqdən qoruyur. Qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, damar sərtliyinə faydalıdır. Südə qarışdırılmış bal bağırsaqdakı parazitləri məhv edir. Təbii arı balı həm də dəriyə faydalıdır. Onu həm yemək, həm də dəriyə sürtmək olar. Belə ki, o dərini nəmləndirir, yumşaldır və qidalandırır. Həm də yaraların tez sağalmasına kömək edir.

    Balı ilıq su ilə qarışdırıb şərbət hazırlayaraq içilsə, bir necə dəqiqədə qana qarışaraq bədənə enerji verir. Şərbəti ilə qarqara boğazı rahatlaşdırır.

    Qeyd eədk ki, 1 yaşına kimi uaşqlara bal verilməsi məsləhət görülmür
0 0 0