Yay fəslində daha gözəl dəriyə sahib olmaq üçün 12 addım

Son güncelleme: 25.02.2012 19:22
  • gözəl dəri - gözəl dəriye qulluq - gözəl dəriyə sahib olmaq üçün 12 addım

    Problemsiz dəri
    Məhsullar: Təzə nanə, duz
    Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın.On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.

    Quru dəri
    Məhsullar: Süd, duz, bal.
    Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın.Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın.
    Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir.
    Duz da ölü dəridən azad olmağa kömək edir.

    Əllərdəki ləkələr
    Məhsullar: Limon suyu, zeytunyağı.
    Üç damcı zeytunyağını bir limonun suyu ilə qarışdırın. Qarışığı əllərinizə sürtün.Yarım saatdan sonra pambıqla əllərinizi silin və yaxalayın.
    Limon suyundakı C vitamini əllərdəki ləkələrin solmasına, dərinin pilinq olmasına,zeytunyağı isə quruluğun aradan qalxmasına və yumuşalmaya kömək edir.


    Əl maskası
    Məhsullar: Zeytunyağı, bal.
    Maskanı tədbiq etməzdən əvvəl bir müddət əllərinizi suda yumşaldın.
    Sonra əllərinizi 5 dəqiqə ilıq zeytunyağı və bir çay qaşığı balın içərisində saxlayın.
    Bu məhlulla əllərinizi masaj edin.

    Üz maskası
    Məhsullar: Yumurta sarısı, süd.
    İki məhsulldan hazırlanan qarışığı üzə sürtün,
    maskanın üstünü nazik parça ilə örtərək on beş dəqiqə gözləyin.
    Sonra maskanı kağız dəsmalla silərək təmizləyin, ilıq su ilə yaxalayın.
    Qidalandırıcı yumurta və nəmləndirici süd dəriyə gözəllik bəxş edəcək.

    Qara nöqtələr
    Məhsullar: Limon suyu, qatıq
    Bir kasa qatığı bir limonun suyu ilə qarışdıraraq maska hazırlayın.
    Bu maska üzdə on beş dəqiqə qalandan sonra yuyun.
    Limon suyu dərini dezinfeksiya edir və qara nöqtələri yox edir.
    Qatıq isə dərini nəmləndirərək, yağın miqdarını tənzimləyir.

    Sızanaqlar
    Məhsullar: Gül kələm, zeytunyağı.Səkkiz ədəd kələm yarpağını iki qaşıq zeytunyağı ilə bir yerdə mikserlə çalın.
    Qarışığı problemli bölgələrin üstünə sürtün. On dəqiqdən sonra üzünüzü ilıq su ilə yuyun.

    Qırışıqlara son
    Məhsullar: Qaymaq, alma.
    Qabığı soyulmuş almanı 3 qaşıq qaymaqla mikserlə çalın.Qarışımı dəriyə sürtəndən sonra üzərini təmiz parça ilə örtün.
    Bir neçə dəqiqədən sonra maskanı silin və üzünüzü ilıq su ilə yuyun.Qaymaq dərini yumşaldır, nəmləndirir və elastiklik verir,
    qırışlara qarşı təsirlidir. Alma isə dərinin canlı qalmasına kömək edir.

    Yağlı dəri
    Məhsullar: Bal, süd, limon suyu.
    Bir qaşıq bal, bir qaşıq limon suyu və bir miqdar süd qataraq qarışdırın.Qarışığı üzünüzə və boynunuza sürtün.
    Quruyana kimi gözləyin və nəm dəsmal ilə təmizləyin.Bu maddələr dərinin yağlılığını tənzimləyir.
    Artıq yağın səbəb ola biləcəyi sızanaqların qarşısını alır.

    alıntı..
#25.02.2012 19:22 0 0 0