Yırğalan

Son güncelleme:
  • Yırğalan şeri dinle - alıntı şerler

    Dünyada xalqlar tanınır sənətdə,
    İxtirada, elmü- mədəniyyətdə.
    Can alveri düşüb bizə qismətdə!
    Varis olur bizə yeni doğulan!
    Aç sinəni, ver qabağa, yırğalan!

    Qızlarımız ad çıxarıb verimlə!
    Oğlanımız yatır Hacı Kərimlə!
    Baş- başadır millət ölüm - dirimlə--
    Daldan- qabaqdan bilinmir qız- oğlan!
    Aç sinəni, ver qabağa, yorğalan!

    Aç baldırı, aç qarını, aç başı,
    Düz bədənə süni, ucuz daş- qaşı.
    Eyninə də alma qohum - qardaşı!
    Dolları görcək əyilib dombalan!
    Aç sinəni, ver qabağa, yorğalan!

    Dubay yalan olub sənin yurdunda,
    Zorlamaq dəb düşüb milli ordunda!
    Növbə çəkir uşaqbazlar ardında!
    Səf dayanıb zurna, qaval, dəf çalan!
    Aç sinəni, ver qabağa, yorğalan!

    Qəm yemə bir top kişidən bic olsa,
    İynə- dərman kar etməsə, doğulsa,
    Uydurma bir ad ver ona, oğulsa,
    Gey olacaq o da-- yurdu dağılan!
    Aç sinəni, ver qabağa, yorğalan!

    Göz görə, pırtat döşü, oynat dalı,
    Qoy desinlər: yox həyası, yox ağlı!
    Dünyada bircə sənə bu kef qalı!
    Müştəri səslə arabir: Ay alan!!!
    Aç sinəni, ver qabağa, yorğalan!

    Alıntı..
0 0 0