Günün təamı - içi doldurulmuş toyuq budu

Son güncelleme:
  • İçi doldurulmuş toyuq budu terifi ve terkibi - İçi doldurulmuş toyuq budunun hazırlanması

    noimage


    Tərkibi:

    5 toyuq budu
    300 q şampinyon
    150 q soğan
    1 yumurta
    suxarı
    duz
    istiot
    bitki yağı

    Budların dərisini səliqəylə, bütöv soyun. Dərini zədələmədən sümüyü kəsin. Əti sümükdən ayırıb, ət maşınından keçirin. Soğanı və göbələyi xırda doğrayın. Soğanı bitki yağında qızardın, göbələyi əlavə edib azca qovurun.
    Qiyməni əlavə edin, duz, istiot vurun, hazır olanacan bişirin. Sonra soyudun. Hazırladığınız içi dərinin içinə doldurun. Kənarlarını qatlayın, yaxud da tikin.
    Yumurtanı çalın, budları içinə salın. Sonra suxarıya batırın. Bitki yağında o üz-bu üz qızardın.

    Nuş olsun!
0 0 0