Qar altında çolpa

Son güncelleme:
  • Qar altında çolpa terifi ve terkibi - Qar altında çolpanın hazırlanması

    noimage

    Tərkibi:

    1 toyuq
    duz
    istiot

    sous:
    3 yumurtanın sarısı (bişmiş)
    1 ç.q. xardal
    3-4 diş sarımsaq
    2 x.q. bitki yağı
    1 ç.q. sirkə (6%)
    3 x.q. xama
    duz

    "qar":
    2-3 yumurtanın ağı
    duz

    Toyuğu duzlayıb-istiotlayın. 15-20 dəqiqə saxlayın. Sonra siniyə qoyub 180 dərəcə temperaturda qızdırılmış sobada hazır olanadək, təxminən 1 saat bişirin. Bişmiş toyuğu soyudun, doğrayın.
    Sous üçün bişmiş yumurta sarılarını xardalla qarışdırın. Əzilmiş sarımsaq əlavə edin. Bitki yağı, sirkə vurub yaxşıca qarışdırın. Xama və duz əlavə edib qarışdırın. Toyuğun üzərinə sousu çəkib yenidən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
    "Qar" hazırlamaq üçün yumurtanın ağını bir çimdik duzla möhkəm köpüklənənə qədər çalın.
    Qaynar toyuğun üstünə "qar" çəkin, yenidən sobada 3 dəqiqə bişirin. Hazırdır.

    Nuş olsun!
0 0 0