Stilist Balaş Azərbaycanda tanınmış stilist həmkarları haqqında sərt ittihamlar irəli sürüb. Bu haqda Lent.az-a danışan stilist həmçinin bütün müğənniləri “lazımsız” elan edib: “İki Anar var Atakişiyev, bir də Anar Məlik. Onlara münasibətim yaxşıdır. Biri də Şanel Anardı ki, o, mənim ayağımın tozudur. O bizim köməkçimiz olub. Qəbul etmirəm onu”.
Balaş bəyəndiyi stilistlərin adını da çəkib: “Stilistlərdən elə Anar Atakişiyevi çox bəyənirəm. Şəfəqi bəyənirəm. Gəlin stillərini maraqlı edir. Stilist olaraq Samiri də bəyənirəm. Onun öz üslubu var. Ancaq Samirin stilini qəbul etmək sadə xanım üçün mümkünsüzdür. Stilist nə iləsə fərqlənməlidir. Onun avanqard stilini yalnız podiumlarda istifadə etmək olar”.
Stilist Balaş son dövrlər həmkarlarının bir-birini stil oğurluğunda günahlandırmalarına da münasibət bildirib: “Mənim stilimi hələlik oğurlayan olmayıb. Çünki mənim adım kimi stilim də təkdir. Balaşdan ikincisi yoxdur. Anarlar üç nəfərdir. Onlardan biri efirə çıxsa, bu olacaq hər biri üçün reklam. Ancaq Balaş təkcə mənəm. Balaşı təkrar edən yoxdur”.
Stilist bildirib ki, o, heç bir müğənni ilə işləmək istəmir: “Müğənnilərin heç biri ilə işləmək istəmirəm. Burada söhbət şıltaqlıqdan getmir. Hamısı lazımsız insanlardır. Bir müğənni ilə işləməkdənsə, üç-dörd gəlin bəzəmək yaxşıdır”.