Orta məktəbdə müəllim tələbələrinə təklif e dir: "Bir həyat təcrübəsində iştirak etmək istəyirsiniz?"
Şagirdlər çox sevdikləri müəllimlərinin bu təklifini tərəddüdsüz qəbul edərlər. "O zaman" deyir müəllim. "Bundan sonra nə desəm edəcəyinizə də söz verin." Şagirdlər bunu da edərlər. "İndi yarınkı tapşırığınıza hazır olun. Sabah hamınız bir torba və beş kilo kartof gətirəcəksiniz!"
Şagirdlər, bu işdən heç bir şey başa düşmürlər. Amma, ertəsi gün hamısının partasının üstündə kartoflar və torbalar hazırdır. Müəllim diqqətlə ona baxan şagirdlərinə belə deyir:
"İndi, bu günə qədər bağışlamaq istəmədiyiniz hər adam üçün bir kartof götürün, o adamın adını o kartofun üzərinə yazıb torbanın içinə qoyun."
Bəzi şagirdlər torbalarına üç-beş dənə kartof qoysa da, bəzilərinin torbası ağızına qədər dolur.
Müəllim şagirdlərinə ikinci tapşırığını verir:
"Bir həftə boyunca hara getsəniz bu torbaları da yanınızda aparacaqsınız. Yatdığınız yataqda, mindiyiniz avtobusda, məktəbdəykən... Həmişə yanınızda olacaq"
Aradan bir həftə keçir. Müəllim sinifə girən kimi, tapşırığı yerinə yetirən şagirdlər şikayətə başlarlar:
- "Müəllimim, bu qədər ağır torbanı hər yerə daşımaq çok çətindir"
- "Müəllimim, kartoflar iy verməyə başladı. Vallah, insanlar qəribə gözlərlə baxırlar mənə artıq."
- "Həm sıxıldıq, həm yorulduq..."
Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi verər:
"Görürsünüz ki, bağışlamayaraq əsl özümüzü cəzalandırırıq. Özümüzü ruhumuzda ağır yüklər daşımağa məhkum edirik. Bağışlamağı qarşımızdakı adama bir lütfkarlıq olaraq düşünürük, halbuki bağışlamaq əvvəla özümüzə etdiyimiz bir yaxşılıqdır.!"