Quranla söhbət

Son güncelleme:
  • Quran - Quranla söhbət - İslam dini

    Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. («Bəqərə» 2)
    Sən kitabsan?
    Quran: «Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir.»
    (Ali-İmran" 138)
    Kim tərəfindən nazil olunub?
    Quran: "(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur."
    («Nəml»6)
    Nə üçün nazil oldun?
    Quran: «Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.»
    («Yunis» 57)
    Kimə nazil oldun?
    Quran: «Muhəmmədə haqq olaraq nazil oldu»
    («Muhəmməd» 2)
    Peyğəmbərin qarşısında üzərimizə hansı vəzifə düşür?
    Quran: «Peyğəmbər sizə nə verirsə, onu götürün,
    nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun.
    Həqiqətən, Allah şiddətli cəza verəndir.»
    («Həşr» 7)
    Mənim üçün ən gözəl nümunə kimdir?
    Quran: «Həqiqətən, Allahın Rəsulu Allaha,
    qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar)
    və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!»
    ("Əhzab" 21)
    Mənə Allahın əzəmətindən danış.
    Quran: "Əvvəl də, axır da, zahir də, batin də Odur.
    O, hər şeyi biləndir!"
    («Hədid» 3)
    O haradadır?
    Quran: «Siz harada olsanız belə, o sizinlədir»
    («Hədid» 4)
    Onu özümüz üçün necə sübuta yetirək?
    Quran: «Sən Allahın rəhmətinə əsər əlamətinə bax ki,
    torpağı öldükdən sonra necə dirilir»
    («Rum» 50)
    Onunla necə danışaq?
    Quran: «Mənə ibadət et və məni anmaq üçün namaz qıl»
    («Ta-ha» 14)
    Yaradılışdan məqsəd nədir?
    Quran: «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım»
    («Zariyat» 56)
    İbadətdən məqsəd nədir?
    Quran: «Sənə yəqin (ölüm) gələnədək Rəbbinə itaət et!»
    («Hicr» 99)
    Şeytan kimdir?
    Quran: «Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. „
    (“Fatir»6)
    Şeytanın vəsvəsələrinin müqabilində nə etməliyəm?
    Quran: "Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın" («Fussilat» 36)
    Mənim daxili düşmənim kimdir?
    Quran: «Nəfs (insana) pis şeylər görməyi əmr edər»
    («Yusuf» 53)
    Nəfsimlə necə rəftar etməliyəm?
    Quran: «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!»
    ("Şəms" 9)
    Hara üz tutduğumu bilmək istəyirəm.
    Quran: «Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru
    çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan»
    ("İnşiqaq" 6)
    Bunun üçün yol azuqəsinə ehtiyac varmı?
    Quran: "Ən yaxşı tədarük (azuqə) isə
    təqvadır (pis əməllərdən çəkinməkdir)."
    («Bəqərə» 197)
    Təqvanın nə faydası var?
    Quran: «Kim Allahdan qorxsa, Allah ona
    (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona
    təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.»
    («Təlaq» 2-3)

    alıntı..
0 0 0