Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ-da əmək birjasındakı zəif göstəricilər fonunda düşüb.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 2,63 dollar enərək 102,78 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,77 dollar ucuzlaşaraq 122,39 dollar təşkil edib.