Sonuncu Osmanlı sultanı Vahidəddinlə sonuncu xəlifə Əbdülməcidin nəvəsi Neslişah Osmanoğlu vəfat edib. Lent.az-ın Türkiyənin “Haber” agentliyinə istinadən verdiyi məlumata görə, N. Osmanoğlu bu gün 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, N. Osmanoğlu Osmanlı imperatorluğunun vaxtında dünyaya gəlib.