Bir müddətdir ki, pop ifaçısı Madonna yenə də hamının diqqət mərkəzindədir.
Hər zaman sağlam həyat tərzi və möhkəm iradəsi ilə örnək olan Madonna bu dəfə hər kəsi təəccübləndirdi. Belə ki, müğənni artıq uzun müddətdir ki, peşəkar idmanla məşğuldur. Formasını qorumaq üçün etdiyi ağır idman növləri müğənninin əllərini bərbad günə qoyub. 54 yaşlı Madonna əllərini pərəstişkarlarından və mətbuatdan gizlətmək üçün müxtəlif əl aksessuarlarından istifadə edir.
Əlin qırışması artıq uzun müddətdir ki, qadınların kabusuna çevrilib. Amma bunun da çarəsi tapılıb. Məşhur plastik cərrahı Andrey İskornev cərrahiyə yolu ilə əlləri əvvəlki görünüşünə az da olsa qaytara bilir.