Tarixde Bugün - 2 Aprel

Son güncelleme:
  • Tarixde Bugün - 2 Aprel

    noimage

    2 aprel. İlin sonuna 274 gün qalır.


    742. Frank imperatoru Böyük Karl anadan olub (bəzi mənbələrə görə 748)

    1840. Naturalizm ədəbi cərəyanının banisi, fransız yazıçı Emil Zola anadan olub

    1791. Amerikalı rəssam Samuel Morze anadan olub. O elektrik teleqrafı və öz adını daşıyan əlifbanı ixtira etməsi ilə məşhurlaşıb

    1792. ABŞ dolları dövriyyəyə buraxılıb

    1906. Rus İmperiyasında I Dövlət Dumasına seçkilər keçirilib

    1912. “Titanic” gəmisinin sınaqları başlayıb

    1914. İngilis alim Karl Martin alüminiumun elektroliz yolu ilə alınmasını patentləşdirib

    1919. Azərbaycan ordusu əlavə qüvvələr hesabına Ağdamda möhkəmlənib. Ertəsi gün erməni qüvvələrinə qarşı güclü əks-hücum başlayıb

    1922. Kommunist (bolşevik) partiyasının 11-ci qurultayı başa çatıb. İosif Stanin SSRİ rəhbəri seçilib

    1944. Mixaylonun (Mehdi Hüseynzadə) Opçina şəhərindəki kinoteatrı partlatması nəticəsində 120 alman zabiti ölüb

    1948. Türk yazıçı Səbahəddin Əli vəfat edib

    1992. Azərbaycan Respublikası Çin, Yunanıstan və Danimarka ilə diplomatik əlaqələr qurub

    1993. Erməni silahlı qüvvələri Kəlbəcəri işğal edib

    2004. Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilib

    2005. Roma papası II İohan Pavel vəfat edib

    2009. Azərbaycan prezidenti Rusiya, Bolqarıstan, Çin və Mərakeş səfirlərinin etimadnamələrini qəbul edib

    2009. Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Bakı toplantısı keçirilib

    2009. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan vətəndaşı Muradovaya 25 000 avro təzminat kəsib.
0 0 0