Züleyxanın Hz.Yusifə olan eşqi

Son güncelleme: 08.04.2012 17:38
  • Züleyxanın Hz.Yusifə olan eşqi haqqında - İslami yazılarda

    Gül iyləyib gülməkmi, gül uğruna ölməkmi?…
    Kimiləri Gül dedilər, ömür boyu güldülər
    Kimiləri Gül dedilər, gül uğruna öldülər…
    demiş şair.

    Eşqin ən məşhuru Züleyxanın Hz. Yusifə olan eşqi olub, Qurani Kərimdə belə hekayəsi izah edilməkdədir.
    Züleyxanın Yusifə olan eşqi təriflərə sığacaq kimi deyildi.
    Züleyxa, könlünü Yusifə qapdırmış, bütün sərvətini və gözəlliyini onun uğruna xərcləmişdir. Dünyanın qızılı, incisi, ləl-cəvahiratı hasili heç bir şeyi onun gözündə deyil və bir heçdir eşqin yanında. O artıq hər şeyi Yusif görər, hər kəsi Yusif deyə çağırar olmuşdur.
    Mövlana ..Züleyxa, Yusifin eşqindən o hala gəlmişdi ki... deyir,
    Yusifin adını başqa adlara gizləmiş və yaxınlarına bu sirri söyləmişdi.
    Baxın ay doğuldu, desə; söyüd budağı yaşıllaşdı, desə; başım ağrıyır, desə; başımın ağrısı keçdi, yaxşıyam, desə… həmişə ayrı mənaları vardı bu sözlərin.
    Birini tərifləsə onu tərifləyərdi, birindən şikayət etsə onun ayrılığını söyləmiş olardı. Yüz minlərlə şeyin adını ansa, məqsədi də, diləyi də Yusif idi onun...Züleyxa, Yusifə bir məktub yazmağa başladı. Yusif deyə başladı, Yusif deyə bitirdi… Başqa heç bir söz yaza bilmədi.Züleyxanın məşhur duası da belədir;
    Rəbbim gözlərimdən bu ağrını kim siləcək mənim
    Kim yuyacaq gözlərimin içini.
    Kim yuyacaq ağrılarla dolan ürəyimi
    Rəbbim hər şeyə razıyam
    Hamısına razıyam
    Yetər ki eşqdən azad etmə ürəyimi
    Yetər ki göz yaşlarımın sərinində yu içimi
    Göz yaşlarımı və eşqimi alma onlar məndə qalsın.

    Əvəz olsun
    Mükafat olsun
    Hədiyyə olsun
    Yoxsulluğum zənginliyim olsun
    Yetər eşqim

    Yetər ki eşqimin ürəyimə düşdüyü yerə qədər yüksəlim
    bədənimin məni həbs etdiyi zindandan eşqimin qanadlarıyla keçib gedim
    Eşqlə var olduğum yerdə yenə eşqlə yox olum
    Rəbbim ağrıya razıyam amma gözyaşım məndə qalsın
    Razıyam yoxluqda var olum

    İtirdikcə tapım
    Öldükcə yenidən doğulum
    Rəbbim çıxar aradan ilişib qaldığım bədənimi və qaldır aradan saf eşqlə aramdakı pərdələri.. deyirdi.
    Sonunda qəbul oldu duası və qovuşdu Yusufuna…
    Sizin də dualarınız qəbul olsun İnşALLAH…

    Alıntı..
#08.04.2012 16:41 0 0 0
  • Gül iyləyib gülməkmi, gül uğruna ölməkmi?
    Kimiləri Gül dedilər, ömür boyu güldülər
    Kimiləri Gül dedilər, gül uğruna öldülər
    demiş şair.
    Cox beyendim. En sevdiyim fikirdir:
    Cox cetindir Yusufi gormeyen gozlerin Zuleyxani anlamasi
    Cox asantdir Yusufu gormeyen gozlerin Zuleyxani qinamasi
#08.04.2012 17:38 0 0 0