"İndi orqanizm kömək və dəstəyi nəinki istəyir, hətta tələb edir. Orqanizmdə vitamin çatışmazlığının piki yazın əvvəllərində baş verir. Nəticədə insan gücünü itirir, enerjisi çatmır, yuxusuzluqdan, yorğunluqdan əziyyət çəkir, müxtəlif xəstəliklərə müqavimət göstərə bilmir".
Həkimin sözlərinə görə, insanın immun sistemi C vitamini sayəsində güclənir: «B qrupuna daxil olan bütün vitaminlər insan üçün enerji mənbəyidir. A və E vitaminləri isə orqanizmi qocalmaqdan qoruyur. İnsan hər gün rasionuna təxminən yarım kiloqram meyvə-tərəvəz daxil etməlidir. Məhz bu, orqanizmin bütün lazımi vitaminlərlə, mineral maddələrlə təmininə imkan verir».
Ə.Əhmədov bildirib ki, orqanizmdə dəmir çatışmazlığının yaranmaması üçün hər gün tərkibində dəmir olan qidalar qəbul etmək lazımdır. Bu, paxla, noxud, dənli bitkilər, quru meyvələr, həmçinin qoz, fındıq, toyuq əti və yumurtadır. C vitamini ilə zəngin meyvə-tərəvəzin yeyilməsi də vacibdir: «Gündəlik olaraq quzuqulağı, şüyüd, gül kələmi, tər kələm də yemək lazımdır».