İnanılmaz rəvayətlər -

Son güncelleme:
  • İnanılmaz rəvayətlər - Əzraildən qaçmaq olar? - Bərbər - Hekayələr

    Keçmişdə Bağdadda bir cavan oğlan karvansarada oturub öz işləri ilə məşğul idi.Birdən o, təsadüfən iki nəfərin söhbətini eşidir və başa düşür ki, danışanlardan biri ölüm mələyi-Əzraildir.Gənc, Əzrailin dediyi bu sözləri eşidir:Qarşıdakı 3 həftə ərzində bu şəhərdə üç nəfəri ziyarət etməliyəm.Oğlan bunu eşidən kimi, nəfəs də almır ki,Əzrailin gözünə görünməsin.Əzrail oranı tərk edəndə, oğlan karvansaradan çıxıb, evinə qaçır.Özünə yer tapa bilməyən oğlanın canına qorxu düşür:birdən o 3 nəfərdən biri mən olaram?Çox düşünəndən sonra o, belə bir qərara gəlir: Bağdadı tərk etsəm, Əzrail canımı ala bilməyəcək! Oğlan ata minib, tələsik Bağdadı tərk edib,Səmərqəndə tərəf gedir.O, gecə-gündüz belə dayanmayıb, nəhayət Səmərqəndə yetişir.Bu vaxt Əzrail oğlanın ustadı ilə görüşüb ondan soruşur:Bəs sizin tələbəniz haradadır?.Ustadı deyir:Tələbəm buralardadır, yəqin ki,karvansarada öz mənəvi halını yüksəltməklə məşğuldur".Əzrail təəccüblə deyir:Qəribədir, çox qəribədir!Çünki, mənim can almalı olduğum adamların siyahısında sizin tələbəniz də var.Və burda qeyd olunub ki, mən onun canını 4 həftədən sonra heç yerdə deyil, məhz Səmərqənddə alacağam.
    Həqiqətən də ölümdən heç yerə qaçmaq olmaz.Ölümü hər kəs dadacaq!

    Bərbər.

    Bir nəfər bərbərxanaya gəlir.Bərbər onun saçını kəsdiyi vaxt aralarında Allah haqqında söhbət düşür.Bərbər deyir:-Nə də desəniz Allahın varlığına inanmıram.Müştəri:- Nəyə görə?.Bərbər:-Elə çıxın küçəyə baxın!Allah varsa, niyə bu qədər xəstə insan var?Niyə bu qədər kimsəsiz uşaqlar var?Əgər O, həqiqətən də var olsaydı, onda nə qəm olardı, nə də kədər."Müştəri fikrə gedir.Bərbər işini bitirir və müştəri oranı tərk edir.O, küçəyə çıxanda orada üzü tük basmış adamı görür.Müştəri bərbərxanaya qayıdır, bərbərdən pəncərəyə yaxınlaşmasını xahiş edir.Üzünü tük basmış həmin adamı ona göstərib, deyir:-Bərbərlər mövcud deyil!.Bunu deyib, müştəri ədəblə oradan uzaqlaşır.
    Görəsən hələ də Allahın varlığına inanmayan varmı???

    Alıntı..
0 0 0