Süd insan sağlamlığı üçün ən vacib elementlərdən biridir. Kalsiumla bol olan süd nəinki daxili sağlamlığa, həmçinin xarici gözəlliyə də böyük kömək edir.
Hələ qədim Misir və yunan icmalarında qadınlar dərilərinin gözəlliyi üçün süddən geniş istifadə ediblər. Məsələn, Kleopatra süd vannası qəbul edirdi.
Südün tərkibindəki A, D və E vitaminləri dərinin gənc qalmasına kömək edən təbii nəmləndiricidirlər.
Südlə gözəl qalmaq üçün 3 asan maska.
Süd vannası
3 fincan süd
5 yemək qaşığı təzə nanə
3 yemək qaşığı kakao
½ fincan duz
1 fincan qarğıdalı nişastası
Adıçəkilən məhsulları böyük bir qabda qarışdırın və su ilə dolu vannaya tökün. Süd vannasının kefini istədiyiniz qədər çıxarın.
Süd və balla canlandırıcı maska
3 yemək qaşığı süd
3 yemək qaşığı bal
1 fincan yulaf
Məhsulları qarışdıraraq məcun halına salın. Təmiz üzə maskanı sürtün və barmaqla masaj edin. Bir necə dəqiqədən sonra üzü ilıq su ilə yuyun
Təmizləmə losyonu
1 ədəd şobanyastığı çayı paketi
2 yemək qaşığı bal
1 ədəd balaca xiyar
1 yemək qaşığı süd
Çobanyastığı çayı hazırlayın və onu soyudun. Xiyarın suyunu çıxarın, bal və südü ona əlavə edin. Əldə etdiyininiz losyonu pambıqla üzə sürtün. Sonra isə çobanyastığı çayı ilə üzü yuyun.