Hollivudun gözəllik sirləri

Son güncelleme:
  • Hollivudun gözəllik sirləri nelerdir?

    Təbii vasitələrlə gözəl olun. Gözəl görünmək üçün heç də həmişə bıçaq altına girmək lazım deyil. Bunun üçün bəzi təbii qulluq vasitələri kifayətdir.

    Ağ göz qələmi
    Bir çox modellərin də istifadə etdiyi ağ göz qələmi və ya layner gözlərin daha iri və parlaq görünməsinə kömək edir. Daha dərin mənalı, gözəl gözlər üçün ağ qələmi alt gözqapağınızın içinə çəkin. Xaricə çəkilən qələm isə sizin ruh kimi görünməyinizə səbəb ola bilər.

    Atlas və ya ipək yastıq
    Məşhurların ən maraqlı gözəllik sirlərindən biri də atlas və ya ipəkdən olan yastıqlardır. Gözəlliyinə diqqət edən qadınlar əsla pambıq və ya sintetikadan olan yastıq üzlərindən istifadə etmirlər. Çünki bu parçalar üzdə izlər yaradır ki, onlarda vaxtından öncə qırış formasında sizə geri qayıdır. Bundan əlavə, atlas və ipək saçların da cod parçalara sürtünərək ziyan görməsinin qarşısını alır.

    Qaragilə suyu
    Xüsusilə qızılı rəngli saça sahib olan məşhurlar saçlarını bu meyvənin suyu ilə yuyurlar. Çünki bu meyvə saçların rənginin daha parlaq və canlı görünməsini təmin edir.

    Bəyaz dişlər
    Bəmbəyaz gülüşlərin sirri çiyələk və karbonatdır. Gözəl gülüşə sahib olan tanınmışlar yaxşıca əzdikləri çiyələyi karbonatla qarışdıraraq məhlul hazırlayırlar. Bu məhlulla isə həftədə ən azı 2 dəfə dişləri fırçalayırlar.

    Limon suyu
    Limon suyu ən təbii dəri təmizləmə vasitəsidir. Bir çox gözəl qadın da məhz dərini təmizləmək üçün kimyəvi qarışıqları olan krem, losyonların əvəzinə limonun bu özəlliyindən istifadə edir. Limonun suyu dəridəki məsamələri daraldır, ləkələrin qarşısını alır. İstifadəsi isə çox asandır - sadəcə dərinizi toniklə silərkən nə edirsinizsə, eynisini limonun suyu ilə edin.

    Zeytun yağı
    Suya dayanıqlı makiyajı təmizləmək üçün ən təbii yol zeytun yağıdır. Bu həm dərini qidalandırır, üzdə heç bir makiyaj qalığı qoymur, eyni zamanda göz altında meydana gələn qara halqalara qarşıdır.

    Alıntı..
0 0 0