Ətir,kosmetika və plastik əşyalar diabet yaradır

Son güncelleme: 15.04.2012 02:02
  • Qadınlar - Ətir,kosmetika və plastik əşyalar neden diabet yaradır

    Bir çox kosmetik vasitələr və plastikin tərkibində olan ftolat turşusu yaşlı insanlarda diabet riskini artıra bilər. ANS PRESS-in THE TİMES OF İNDİA-ya istinadən verdiyi məlumata görə, İsveçin Uppsala Universitetinin alimləri hesab edirlər ki, orqanizmdə ftolatın hətta az miqdarda artması belə şəkərli diabetə tutulma təhlükəsini 2 dəfəyə qədər artırır.

    Universitetin iki tədqiqatçısı Monika və Lind Uppsala şəhərində 70 yaşında olan 1000 nəfər şəxsi bu yoxlamalara cəlb edib. Tədqiqatçılar ahılların qanında şəkər və insulinin göstəricilərini yoxlayıblar.

    Tədqiqat zamanı yaşlı insanlardan qan nümunəsi götürülüb, alimlər ətraf mühitdə rast gəlinən müxtəlif toksik maddələrlə əsas göstəricilər arasında əlaqənin olub-olmadığını öyrəniblər. Toksinlər sırasına xüsusilə ftolatların parçalanması zamanı əmələ gələn birləşmələr daxil olub.

    Ftolatlarla diabetlər arasında əlaqə olduğu müəyyənləşib. Burada piylənmə, qanda lipidlərin miqdarı, siqaret və fiziki yükün olmaması da nəzərə alınıb.

    Ümumilikdə, ftolatın yüksəlmiş konsentrasiyası diabet rsikini 2 dəfə artırır. Məsələ burasındadır ki, ftolatlar mədəaltı vəzinin işinə qarışaraq, onun normal insulin əmələ gətirməsinə imkan yaratmır.

    Alıntı...
#15.04.2012 02:02 0 0 0