[HR][/HR]Günlərdir sərhədində yaşayırıq eşqin. Günlərdir uçurumunda
Bu neçənci atışım özümü qollarından təkliyə
Bu neçənci inciklik, bu neçənci barışma
Aydındır ki, sənsizliyə sürgün artıq bu gözlər
Sənsizliyə sürgün bu dodaqlar bu əllər
İndi yorğun bir çinar kimi ürəyim.
Artıq sənə deyil, sənsizliyə söykənəcəyəm.
Hələlik payız çiçəyim hələlik
Səni artıq göz yaşlarınla islanmış
Yastıqlara buraxacağam.
Halbuki illərcə yamyaşıl bir meşə kəndində saxladım gözlərini
Dağ başlarında çoban atəşləri yandırdım üşüməyəsən deyə
Əllərinə kor gecələrin qaranlığında sarıldım
Və qışqırdım ən dibsiz quyulara adını
Əzbərlətdim səni qurdlara-quşlara
Sənsə məni küçələrə vurdun
Və ən zəhər mahnılara...
Bilərsən küləyə bıçaq
Yağışa atəş,buluda güllə işləməz
Səndə elə vurdun ki məni
Artıq mənə heç bir ağrı kar etməz
Neyləyərsən əvvəl mələklər tərk etdi bizi
Sonra gömgöy xülyalar
Öpüşlər- gülüşlər-çiçəklər
Cadusu qalmadı artıq qovuşmaların
Bundan belə bizi hər küncdə
Tam fərqli bir cəhənnəm gözləyər
Sən də bundan belə içi boş mahnılarla ovut özünü
Ən ucuz eşqlərlə yu çirkli ruhunu.. açılarsan
Daşlar yosuna sarılar bilərsən. Sarmaşıqlar divarlara
Gecələr qaranlığa. Səndə təkliyə sarılarsan
Və qadınsan
Ağlaya bilərsən könülüncə
Göz yaşların mənbələr kimi çağlar
Unutma ki, mən kişiyəm
Və kişilər həmişə tək ağlar !!![HR][/HR]